Corc Floyda həsr edilmiş musiqi "Grammy" versiyası üzrə ilin mahnısı oldu

Corc Floyda həsr edilmiş musiqi "Grammy" versiyası üzrə ilin mahnısı oldu Amerika ifaçısı H.E.R-in ifa etdiyi musiqi "İlin mahnısı" nominasiyası üzrə "Grammy" mükafatı alıb
Şou-biznes
396
15 Mart , 2021 07:15
Corc Floyda həsr edilmiş musiqi Grammy versiyası üzrə ilin mahnısı oldu

Amerika ifaçısı H.E.R-in ifa etdiyi musiqi "İlin mahnısı" nominasiyası üzrə "Grammy" mükafatı alıb.

“Report” xəbər verir ki, “I can't breathe” (“Nəfəs ala bilmirəm” - red) kompozisiyası mükafatın sahibi olub.

Kompozisiya afroamerikalıların həyatına həsr edilib. O, ötən il Corc Floydun Minneapolisdə polis tərəfindən tutulması zamanı ölümə cavab olub.

Mükafatın təqdimatı mərasimində çıxış edən müğənni H.E.R-in sözlərinə görə, onun hədəfi diqqəti afroamerikalıların hisslərinə yönəltmək idi.

“Mən cəmiyyətdə yalnız qaradərililərin hiss etdiyi ağrı haqqında danışmaq istəyirdim", - ifaçı mükafatı alarkən bildirib.

Qeyd edək ki, hadisə ötən ilin 25 mayında baş verib. Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu saxlayıblar. Tutulma vaxtı polis əməkdaşı dizi ilə onun boynunu sıxıb. Floyd boğulduğunu desə də, asayiş keşikçiləri buna məhəl qoymayıblar. Nəticədə afroamerikalı yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində ölüb. Bu, ABŞ-da kütləvi etirazlara və qarışıqlıqlara səbəb olub. Hadisə ilə əlaqədar bir neçə polis əməkdaşı işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi