“Con Vik-2”nin jurnalistlər üçün xüsusi nümayişi olub

“Con Vik-2”nin jurnalistlər üçün xüsusi nümayişi olub Filmdə baş rolu məşhur aktyor Kianu Rivz ifadə edir
Şou-biznes
8 Fevral , 2017 14:36
“Con Vik-2”nin jurnalistlər üçün xüsusi nümayişi olub

Bakı. 8 fevral. REPORT.AZ/ Park Cinemada “Con Vik-2”nin jurnalistlər üçün xüsusi nümayişi olub. 

“Report”un məlumatına görə, filmdə baş rolu məşhur aktyor Kianu Rivz ifadə edir.

Filmin mövzusuna gəlincə, Con Vik vaxtilə dünyanın ən yaxşı killeri idi, lakin o, sonsuz ölümlərdən usanır və mənəvi rahatlıq axtarışına çıxır. Con işlərindən uzaqlaşır, lakin normal insan həyatından təzəcə həzz alırdı ki, yenidən silahlara üz tutmalı olur. Məsələ burasındadır ki, onun keçmiş həmkarı muzdlu qatillərdən ibarət məxfi qruplaşmaya başçılıq edir və Conun vaxtı ilə verdiyi and onu həmkarının köməyinə yetişməyə vadar edir. Vik dünyanın ən qəddar qatillərindən biri ilə mübarizəyə girməli olacağı Romaya yollanır.

Maraqlı məqamdan biri də odur ki, filmdəki roluna hazırlıq zamanı Kianu Rivz iki tapançadan eyni anda atəş açmaq texnikası üzrə sabiq xüsusi təyinatlı döyüşçülərdən dərslər alıb.

Qeyd edək ki, “Con Vik-2” Park Cinemanın ekranlarında geniş nümayişə fevralın 9-dan etibarən çıxacaq. 

Son xəbərlər

Orphus sistemi