"Cirque du Soleil" aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb

"Cirque du Soleil" aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb 35 yaşlı hava gimnastı Liza Skinner üç dəfə Avstraliyanın adından Olimpiya Oyunlarında iştirak edib
Şou-biznes
28 Noyabr , 2016 12:30
Cirque du Soleil aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Əfsanəvi "Günəş sirki"nin (Cirque du Soleil) aktrisası Liza Skinner Avstraliyanın Brisben şəhərində keçirilən "Kooza" şousunda çıxışı zamanı yüksəklikdən yıxılıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisədən dərhal sonra olay yerinə tibb işçiləri gəlib, L.Skinneri xəstəxanaya aparıblar.

Qeyd edək ki, 35 yaşlı hava gimnastı üç dəfə Avstraliyanın adından Olimpiya Oyunlarında iştirak edib.

Son xəbərlər

Orphus sistemi