CinemaPlus yeni aksiyaya başlayıb - VİDEO

CinemaPlus yeni aksiyaya başlayıb - VİDEO Hədiyyələri birləşdirən bir menyunu almaq təklif olunur
Şou-biznes
27 Yanvar , 2017 17:11
CinemaPlus yeni aksiyaya başlayıb - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi birlikdə yeni aksiyaya başlayıb.

“Report”un məlumatına görə, “Dadlı Süjetli Təklifin” çərçivəsində müştərilərə cəmi 9 manat 90 qəpiyə özündə McDonald's məhsulları və CinemaPlus-dan hədiyyələri birləşdirən bir menyunu almaq təklif olunur.

Yeni CinemaPlus menyusuna 1 burger (Big Mac və ya McChicken), 1 orta Frenç Frayz, 1 orta sərinləşdirici içki, kinoya 1 bilet və 1 3D eynəyi daxildir. Beləliklə, McDonald's həvəskarları restorana baş çəkib, əldə edilmiş bilet və 3D eynəyi vasitəsilə sevdikləri CinemaPlus kinoteatrlarının birində istənilən filmi izləyə bilərlər.

Aksiya haqqında daha ətraflı məlumatı əldə etmək üçün www.cinemaplus.az saytlarına daxil ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi