“CinemaPlus” VIP zallarının qiymәtlərini aşağı salıb

“CinemaPlus” VIP zallarının qiymәtlərini aşağı salıb Oktyabrın 1-dək həftə içi VIP zala biletlərin qiymətləri 10 AZN, həftənin cümə, şənbə və bazar günləri isə 15 AZN olacaq
Şou-biznes
2 Sentyabr , 2016 17:08
“CinemaPlus” VIP zallarının qiymәtlərini aşağı salıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi VIP zala satılan biletlərin qiymətlərində dəyişiklik edib.

“Report”un xəbərinə görə, oktyabrın 1-dək həftə içi (bazar ertəsi - cümə axşamı günləri) VIP zala biletlərin qiymətləri 10 AZN, həftənin cümə, şənbə və bazar günləri isə 15 AZN olacaq.

Kinoteatrların VIP zallarında tamaşaçıların film izləyərkən qida və içki sifariş etmək imkanları olacaq. Həmçinin, kino nümayişi zamanı mobil telefonları kreslolarda xüsusi quraşdırılmış USB avadanlığı vasitəsilə cərəyanla doldurmaq imkanını da əldə edəcəklər.

Zallar İspaniya istehsalı olan yüksək keyfiyyətli “Figueras” şirkətinin rahat kreslolar ilə təchiz olunub.

Biletləri kinoteatrın kassalarından, İOS və Android platformaları əsasında yaradılmış yeni mobil əlavəsindən, www.cinemaplus.az rəsmi saytından onlayn olaraq əldə etmək olar və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.

Son xəbərlər

Orphus sistemi