“CinemaPlus" uşaqlar üçün aksiya keçirir - VİDEO

“CinemaPlus" uşaqlar üçün aksiya keçirir - VİDEO Bakı. 15 yanvar. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrı uşaqlar üçün aksiya keçirir.
Şou-biznes
15 Yanvar , 2019 11:12
“CinemaPlus uşaqlar üçün aksiya keçirir - VİDEO
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrı uşaqlar üçün aksiya keçirir.

"Report" xəbər verir ki, aksiya çərçivəsində uşaqlara “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj olunan “Qar yarışları” və ya “Monsterlər ailəsi” animasiya filmləri nümayiş olunacaq.

Animasiya filmlərinin birinə bilet əldə edən tamaşaçılara istənilən digər cizgi filminə 1 manatlıq endirim kuponu təqdim olunacaq.

Aksiya yanvarın 31-dək davam edəcək və yalnız Bakı şəhərində yerləşən kinoteatrlara aiddir.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

“Qar yarışları” animasiya filmini İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova səsləndiriblər.

“Monsterlər ailəsi” animasiya filmini Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli, Zemfira Əbdülsəmədova, Nəzakət Məmmədli, Mətanət Abbaslı, Vüsal Murtuzəliyev, Elman Rəhimov, Rəhim Rəhimov, Vüsal Mustafayev, Müşfiq Mirzəzadə, Vüsal Hacıqedir və Aytac Rəhimova səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi