“CinemaPlus” ilin kinoteatrlar şəbəkəsi seçilib - VİDEO

“CinemaPlus” ilin kinoteatrlar şəbəkəsi seçilib - VİDEO Tədbir “Business Time” aylıq işgüzar jurnalı tərəfindən təşkil edilib
Şou-biznes
19 Dekabr , 2016 12:36
“CinemaPlus” ilin kinoteatrlar şəbəkəsi seçilib - VİDEO

Bakı. 19 dekabr. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Azeri Business Award-2016” mükafatı laureatı olub. 

“Report”un məlumatına görə, mükafatı "Cinemaplus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə alıb.

Qeyd edək ki, 2016-cı ilin yekunu etibarilə biznes sahəsində “Azeri Business Award Milli” mükafatnın təqdim etmə mərasimi baş tutub. Mükafatın təqdimetmə mərasimində 100-dən çox aparıcı şirkətlərin nümayəndələri, diplomatik şəxslər, xarici qonaqlar və KİV nümayəndələri bir araya gəlib. Tədbir “Business Time” aylıq işgüzar jurnalı tərəfindən təşkil edilib.

Xatırladaq ki, "Azeri Business Award" mükafatlandırma mərasimi Azərbaycanın işgüzar həyatında ən nüfuzlu hadisələrdən biridir.

Son xəbərlər

Orphus sistemi