"CinemaPlus Gənclik Mall"da" "Bir xalanın sirri" filminin qalası keçirilib - FOTO

"CinemaPlus Gənclik Mall"da" "Bir xalanın sirri" filminin qalası keçirilib - FOTO Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı CinemaPlus Gənclik Mallda komediya janrında olan Bir xalanın sirri filminin qalası keçirilib.
Şou-biznes
28 Fevral , 2018 22:53
CinemaPlus Gənclik Mallda Bir xalanın sirri filminin qalası keçirilib - FOTO

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus Gənclik Mall"da" komediya janrında olan "Bir xalanın sirri" filminin qalası keçirilib.

"Report" xəbər verir ki, "Cinemazadeh" studiyasi və "İlk Media"nın birgə istehsalı olan filmin galasında, filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Xronometrajı 80 dəqiqə olan filmin rejissoru Emil Quliyev, prodüserləri "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə və "İlk Media" şirkətinin direktoru İlkin Həsənidir.

Filmdə rolları İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev, İlkin Misgərli, Nicat Rəhimov, Elşən Orucov, Gülzar Əşrəfova ifa ediblər.

Filmin süjet xəttinə görə, hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şoşu toya iki gün qalmış təzə kürəkəni də götürüb, qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanların hərəsi bir yerdə, bir vəziyyətdə aşkar olunur.

Film martın 1-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi