“CinemaPlus” daha bir filmi Azərbaycan dilinə dublyaj edib - VİDEO

“CinemaPlus” daha bir filmi Azərbaycan dilinə dublyaj edib - VİDEO Kinoteatr "İsra və Sehirli kitab” filminin nümayişinə başlayıb
Şou-biznes
6 Yanvar , 2017 15:22
“CinemaPlus” daha bir filmi Azərbaycan dilinə dublyaj edib - VİDEO

Bakı. 6 yanvar. REPORT.AZ/ “CinemaPlus” Belçika istehsalı olan və macəra janrında çəkilən “İsra və Sehirli kitab” filminin nümayişinə başlayıb.

“Report”un məlumatına görə, ekran əsəri ötən il “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj olunub.

Dublyajın rejissoru Rövşən Məmmədli, baş redaktoru Xətai Əli, prodüsseri Tural Əsədov, masterinq Azad Vəliyev, səs rejissoru Orxan Həsənli və post-prodakşn supervayzer Vüqar İslamzadədir.

Filmdə obrazları Sona Rəsulova, Rövşən Məmmədli, Kazım Abdullayev, Elşən Rüstəmov, Cavid Osmanov, Nəcibə Hüseynova, Xələf Cəfərov, Gülnarə Zülalova, Nəzakət Məmmədli, Xətai Əli, Orxan Həsənli və Səid Nizami səsləndiriblər.

R.Kan Albayın rejissoru olduğu filmdə rolları İsra Dela, Sven Van Der Linden, Şim Opbrouc, Valarie Deridder, R. Kan Albay və Tamer Karadaglı kimi aktyorlar canlandırıb.

Filmin ssenarisinə əsasən, doqquz yaşındakı İsra sinif yoldaşları ilə birgə kitabxanaya gedir. Orada Gugle adlı şəxslə və sehirli kitabla tanış olur. İsra hadisələri daha tam dərk etmədən görünməyən divarların arasında- çıraqdan çıxan cin, yaşlı, lakin çox sürətli kitabxanaçı, danışan toplar və heyvanların əhatəsində, şəkərli qalanın içində olduğunu anlayır. 

Son xəbərlər

Orphus sistemi