“CinemaPlus”da “Yanlış anlama” komediya filminin təqdimatı olub - VİDEO

“CinemaPlus”da “Yanlış anlama” komediya filminin təqdimatı olub - VİDEO Ekran işi Türkiyə və Azərbaycan arasında olan isti münasibətləri gülməli hekayə ilə izah edən komediya filmidir
Şou-biznes
10 Noyabr , 2017 16:16
“CinemaPlus”da “Yanlış anlama” komediya filminin təqdimatı olub - VİDEO

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus Gənclik Mall”da" "Yanlış anlama" komediya janrında olan filmin təqdimatı baş tutub.

"Report"un məlumatına görə, tədbirdə şou-biznes nümayəndələri, aktyorlar, rejissorlar, televiziya aparıcıları, media işçiləri iştirak ediblər.

Təqdimat günündə türk aktyorları Hakan Bilgin, Bahadır Efe, Pelin Sönmez, icraçı prodüser Levent Cengizxan, həmçinin Azərbaycan aktyorları - Fərda Amin, Pərvin Abıyeva və İslam Mehrəliyevin iştirakı ilə mətbuat konfransı təşkil edilib.

Xatırladaq ki, "Yanlış anlama" ekran işi Türkiyə və Azərbaycan arasında olan isti münasibətləri gülməli hekayə ilə izah edən komediya filmidir.

Filmin rejissoru Ulaş Cihan Şimşekdir. Rollarda Şevket Çoruh, Hakan Bilgin, Sennur Nogaylar, Bahadır Efe, Pelin Sönmez, İlker Ayrık, Duygu Karaca, Fərda Amin, Pərvin Abıyeva və İslam Mehrəliyev yer alıb.

Son xəbərlər

Orphus sistemi