“CinemaPlus”da “Yalan illuziyası 2” filminin dünya premyerasından 3 gün öncə nümayişi baş tutub - VİDEO

“CinemaPlus”da “Yalan illuziyası 2” filminin dünya premyerasından 3 gün öncə nümayişi baş tutub - VİDEO Gecənin qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olublar
Şou-biznes
8 İyun , 2016 16:00
“CinemaPlus”da “Yalan illuziyası 2” filminin dünya premyerasından 3 gün öncə nümayişi baş tutub - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus” "28 Mall" ilk dəfə olaraq Azərbaycanda dünya premyerasından 3 gün öncə, ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini keçirib.

“Report”un xəbərinə görə, foye filmin üslubunda bəzədilərək hər yerdə kartlar, pullar, sirli sandıqlar və seyflər olub.

Filmdən öncə dəvət olunan sehirbaz bacarığından bir neçəsini nümayiş etdirib. Həmçinin, hədiyyəli müsabiqələr keçirilib.

Gecənin qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olublar.

Filmin nümayişindən əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə tədbir iştirakçılarına “CinemaPlus”un fəaliyyətinin genişləndirilməsinin əsas istiqamətləri haqqında məlumat verib.

Onun sözlərinə görə, ilin sonunda “Azərbaycan” kinoteatrının yerində və "Ganjlik Mall" ticarət mərkəzində kinoteatrın yeni şəbəkələri açılacaq: “Bu yay isə kino həvəskarları Bakı şəhərinin ətrafında yerləşən "Amburan Mall"da üç zaldan ibarət kinoteatra da filmləri izləyə biləcəklər”.

Cinema Distribution şirkətinin baş direktoru Faiq Kazımov bildirib ki, şirkət hər zaman azərbaycanlı tamaşaçıları dünya kino tarixində ən yaxşı premyeralar ilə sevindirəcək və xoş sürprizlər edəcək: “Ən çox gözlənilən filmlərin premyera öncəsi nümayişlərinin keçirilməsi təcrübəsi də davam etdiriləcək”.

Xatırladaq kİ, nümayişin sponsorları Su idman sarayı, kosmetika istehsalçısı Gazelli Group, "Nomination" İtaliya brendi, Almaniya mebel və aksessuar brendi olan KARE Design və AVTO FM radiosu olub.

Film rəsmi olaraq “Cinema Distribution” şirkəti tərəfindən təqdim edilib.

Kinoteatr Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyəyt göstərir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının açılışı olub. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi