“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl şou olacaq - VİDEO

“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl şou olacaq - VİDEO “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında dekabrın 20-si saat 20:15-də hər kəsin uşaqlıqdan sevdiyi “Ulduz Müharibələri: Skayuolker yüksəlişi” son kosmik hekayəsindən öncə böyük şou olacaq.
Şou-biznes
18 Dekabr , 2019 15:54
“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl şou olacaq - VİDEO

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında dekabrın 20-si saat 20:15-də hər kəsin uşaqlıqdan sevdiyi “Ulduz Müharibələri: Skayuolker yüksəlişi” son kosmik hekayəsindən öncə böyük şou olacaq.

"Report" xəbər verir ki, filmin rejissoru Cey Cey Abramsdır. Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill var.

Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab verməyi vəd edir. Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir.

Biletləri 8 manata kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından www.cinemaplus.az, mobil tətbiqdən IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün İOSAndroid, həmçinin 012 499 89 88 nömrəsi ilə və 119 qaynar xətti ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi