CinemaPlus-da “Taksi Liza” filminin təqdimatı keçirilib

CinemaPlus-da “Taksi Liza” filminin təqdimatı keçirilib Bakı. 24 yanvar. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında çəkilən “Taksi Liza” filminin təqdimatı keçirilib.
Şou-biznes
4557
24 Yanvar , 2019 12:59
CinemaPlus-da “Taksi Liza” filminin təqdimatı keçirilib

Bakı. 24 yanvar. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında çəkilən “Taksi Liza” filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilib, həmçinin musiqi səsləndirilib, furşet və içkilər verilib.

Gecənin qonaqları isə aktyorlar, rejissorlar, prodüsserlar və media nümayəndələri olub.

Ekran işinin prodüseri Vüqar Əliyev, rejissorları Pərviz Həsənov və Cabir Hacıyev, quruluşçu rejissoru Rövşən Ağayev, rejissor asistenti Sevda Əzizova, quruluşçu operatoru Həsən Aslanov, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, rəssamı Tural Məmmədov, quruluşçu rəssamı Arif Niftiyev, geyim üzrə rəssamı Aynur Bəhrəmova, qrim üzrə rəssamı Eldar İsrafilov, səs rejissoru Sergey Nutrinenko, səs operatoru Emin Mahmudov, icraçı produsserləri Əlibala Rəhimov və Hüseyn Quliyevdir.

Filmdə Fərda Amin, Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev, Xəyalə Quliyeva və digərləri rol alıblar.

Ekran əsərinin süjet xəttinə görə, Dursun görünüşü müasir, özü isə elə alışdığımız taksi sürücüsüdür. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlaşdırır, amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.

Film yanvarın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi