“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar Azərbaycan dublyajı

“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar Azərbaycan dublyajı Bundan sonra kinoteatrda Azərbaycan dilinə dublyaj olunan filmlər də nümayiş olunacaq
Şou-biznes
19 Noyabr , 2016 13:11
“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar Azərbaycan dublyajı

Bakı. 19 noyabr. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus” ilk dəfə olaraq 18+ reytinqli Azərbaycan dilində peşəkar dublyaj olunan “Hamıya qarşı” filminin nümayişinə başlayıb.

“Report”un məlumatına görə, bundan sonra kinoteatrda yalnız xarici dildə deyil, həmçinin Azərbaycan dilinə dublyaj olunan filmlər də nümayiş olunacaq.

“Dublyaj prosesi asan deyil. “CinemaPlus” kinoteatrı öz tamaşaçılarına filmdə, ekranda deyilənlərin mənasını çatdırmaq istəyir. Səs və avadanlıqlar öz işinin peşəkarı, keyfiyyət göstəricisi olmalıdır”, - deyə, “CinemaPlus”dan bildirilib.

“Hamıya qarşı” filmi “Cinemazadeh” studiyasında 2016-cı ildə dublyaj olunub. Dublyajın redaktoru Xətai Əli, səs rejissoru Azad Vəliyevdir.

Filmi Elmir Məhərrəmov, Oleq Əmirbəyov, Tural Əsədov, Zaur Şəfiyev, Kamran Ağabalayev, Xələf Cəfərov, Xətai Əli, Xumar Quluzadə, Taleh Yüzbəyov, Ofeliya Novruzqızı və başqaları səsləndiriblər.

Kriminal komediya filminin rejissoru Con Maykl MakDondur. Filmdə rolları Aleksandr Skarsqard, Teo Ceyms, Tessa Tompson və Maykl Penya kimi aktyorlar oynayıb.

Qeyd edək ki, Nyu-Yorkdan olan iki rüşvətxor polis əllərinə imkan düşən kimi qabaqlarına çıxan hər kəsi sıxışdırırlar. Tale onlara bir milyon dollar qazanmaq şansı yaradır, lakin həmin şansa qəribəliklərə meyili olan ingilis lordu da iddia edir. Haqlı şikar mübarizəsində ortaqlar lordun bəzi sirlərini öyrənirlər və əvəz çıxmağa qoşulurlar. Ədalət uğrunda mübarizədə - pis polislər yeni nəsə dadmağa tələsirlər, lakin görün onlar ədaləti necə başa düşürlər.

Son xəbərlər

Orphus sistemi