“CinemaPlus”da “Evdən qaçan pişik” cizgi filmi nümayiş olunub - VİDEO

“CinemaPlus”da “Evdən qaçan pişik” cizgi filmi nümayiş olunub - VİDEO Bakı. 13 sentyabr. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunan “Evdən qaçan pişik” animasiya filminin nümayişi baş tutub.
Şou-biznes
13 Sentyabr , 2018 13:34
“CinemaPlus”da “Evdən qaçan pişik” cizgi filmi nümayiş olunub - VİDEO
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunan “Evdən qaçan pişik” animasiya filminin nümayişi baş tutub.

"Report" xəbər verir ki, tədbirdə tək uşaqlar deyil, həmçinin böyüklər də iştirak ediblər.

“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.

Qeyd edək ki, animasiya filmini Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nəzakət Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Zemfira Əbdülsəmədova, Samirə Rəcəbli, Vüqar Hüseynov və Pərviz Məmmədrzayev dublyaj ediblər.

Dublyajın rejissoru Rövşən Məmmədli, redaktoru Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüser iEmil Davudzadə, baş prodüseri Cəfər Axundzadədir.

Xatırladaq ki, ailəvi cizgi filminin rejissoru Gari Vanqdır.

Cizgi filminin qısa məzmununa gəlincə, əksər ev pişikləri kimi baş rol qəhrəmanı Potaş isti və rahat evdə yaşamaqdan həzz alır. Lakin onun oğlu pişik balası Otaş belələrindən deyil. O heç vaxt bir yerdə oturmağı sevmir, əksinə səyahət etmək istəyir. Çəhrayı Yuxular Vadisinə səfər etmək arzusu ilə yaşayan pişik balası uçan aparat düzəldir və onun vasitəsilə pəncərədən uçur. Əsas hadisələr də bundan sonra cərəyan edir.

Son xəbərlər

Orphus sistemi