“CinemaPlus”da “Eltilerin savaşı” olacaq - VİDEO

“CinemaPlus”da “Eltilerin savaşı” olacaq - VİDEO CinemaPlus kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən “Eltilerin savaşı” komediyasının nümayişinə başlayacaq.
Şou-biznes
134
5 Fevral , 2020 13:14
“CinemaPlus”da “Eltilerin savaşı” olacaq - VİDEO

"CinemaPlus" kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən “Eltilerin savaşı” komediyasının nümayişinə başlayacaq.

"Report" xəbər verir ki, ekran işi fevralın 6-dan etibarən yayımlanacaq.

Qeyd edək ki, Onur Bilgetayın rejissoru olduğu filmdə baş rollarda Gupse Özay, Merve Dizdar, Ferit Aktuğ və Uraz Kaygılaroğlu çıxış edirlər.

Film iki qaynarvadı olan Sultan və Gizem arasında olan şirin atışmalar və bitməyən rəqabət haqqındadır. Gizem və Sultan iki gənc qadındır. İkili arasında yaşanan balaca çəkişmələr bir müddət sonra şirin bir rəqabətə çevrilir. Bir-birilərinin etdiklərindən geri qalmaq istəməyən qaynarvadları özlərini əyləncəli bir müharibənin içinə salırlar. Qardaş olan Selim və Fatih də bir müddət sonra həyat yoldaşları arasında yaşanan bu rəqabətin iştikarçısına çevrilirlər. Sosial media asılılıqları olan Gizem və Sultanın evlilik həyatlarına diqqət çəkən filmdə, iki qaynarvadının yarışından həyat yoldaşları Selim və Fatihin necə təsirləndiklərini görürük.

Son xəbərlər

Orphus sistemi