“CinemaPlus Azerbaijan” kinoteatrında Ulduzlu “Kino gecə” olacaq - VİDEO

“CinemaPlus Azerbaijan” kinoteatrında Ulduzlu “Kino gecə” olacaq - VİDEO Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar
Şou-biznes
16 mart 2017 12:01
“CinemaPlus Azerbaijan” kinoteatrında Ulduzlu “Kino gecə” olacaq - VİDEO
CinemaPlus Azerbaijan

Bakı. 16 mart. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət Ulduzlu kinomarafon keçiriləcək.

“Report”un məlumatına görə, 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmləri nümayiş olunacaq.

“Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorları “Kino gecə”də görmək mümkün olacaq. Həmçinin, tədbirdə “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də iştirak edəcək.

Seanslar arası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 25 AZN. VIP 40 AZN

Əlavə məlumat: 012 499 89 88 və ya 119

Son xəbərlər

Orphus sistemi