“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək - VİDEO

“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək - VİDEO Seanslararası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq
Şou-biznes
16 Fevral , 2017 16:41
“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək - VİDEO

Bakı. 16 fevral. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında fevralın 18-dən 19-na keçən gecə üç filmin iştirakı ilə növbəti kinomarafon keçiriləcək.

“Report”un məlumataına görə, gecə saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Pazmaniya Şeytanı”, “Niyə o?” və “Aramızdakı kosmos” filmləri nümayiş olunacaq.

Seanslararası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 25 AZN. VIP 40 AZN

Əlavə məlumat: 012 499 89 88 və ya 119

Son xəbərlər

Orphus sistemi