"CinemaPlus" "49" hərbi filminin nümayişinə başlayacaq

"CinemaPlus" "49" hərbi filminin nümayişinə başlayacaq “CinemaPlus” kinoteatrlar şəbəkəsi yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” istehsalı olan “49” hərbi filminin nümayişinə başlayacaq.
Şou-biznes
18 Yanvar , 2023 14:14
CinemaPlus 49 hərbi filminin nümayişinə başlayacaq

"CinemaPlus" kinoteatrlar şəbəkəsi yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” istehsalı olan "49" hərbi filminin nümayişinə başlayacaq.

"Report" xəbər verir ki, filmin rejissor Hakan İnan, prodüser Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğandır.

Baş rollarda İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu çəkilib.

Müddəti 130 dəqiqə. Yaş həddi 16+

Real hadisələrə əsaslanan film Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən birindən bəhs edir.

Film haqqında qısa məlumat: İŞİD 2014-cü ildə Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. Nəticədə burada işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. Film MİT-in onları xilas etmək məqsədilə keçirdiyi geniş əməliyyatdan bəhs edir.

Son xəbərlər

Orphus sistemi