Cenifer Lopezin konsertində tamaşaçılar təcili təxliyyə olunub - VİDEO

Cenifer Lopezin konsertində tamaşaçılar təcili təxliyyə olunub - VİDEO Amerikalı müğənni Cennifer Lopez Nyu-Yorkun Madison Square Garden idman kompleksində keçirilən konsertini elektrik enerjisinin kəsilməsi səbəbindən ləğv etmək məcburiyyətində qalıb.
Şou-biznes
14 İyul , 2019 12:57
Cenifer Lopezin konsertində tamaşaçılar təcili təxliyyə olunub - VİDEO

Amerikalı müğənni Cennifer Lopez Nyu-Yorkun "Madison Square Garden" idman kompleksində keçirilən konsertini elektrik enerjisinin kəsilməsi səbəbindən ləğv etmək məcburiyyətində qalıb.

"Report" "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir ki, ifaçı baş verən hadisə ilə bağlı təəssüfləndiyini bildirib.

Elektrik enerjisi verilişində nasazlıq ərazidəki transformatorun yanması səbəbindən baş verib. Həmin zaman Lopez səhnəyə çıxmağa hazırlaşırmış. Sonradan o deyib ki, hamını sakit və tələsmədən təxliyyə ediblər. Müğənni şouya bilet alanlar qarşısında çıxış edəcəyinə söz verib.

Son xəbərlər

Orphus sistemi