Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
Şou-biznes
218
13 May , 2017 10:03
Bu gün Eurovision-2017 mahnı müsabiqəsinin finalı keçiriləcək
ESCDaily

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.

Ümumilikdə bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Finaldan bir gün əvvəl bütün finalçılar son məşqlərini ediblər.

Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Son xəbərlər

Orphus sistemi