​Britaniyalı müğənni plagiatda ittiham olunur - VİDEO

​Britaniyalı müğənni plagiatda ittiham olunur - VİDEO Tom Uaytsın pərəstişkarlarının fikrincə, Adel amerikalı bəstəkarın hitlərindən birini təkrarlayıb
Şou-biznes
4 Noyabr , 2015 04:59
​Britaniyalı müğənni plagiatda ittiham olunur - VİDEO

Bakı. 4 noyabr. REPORT.AZ/ Tom Uayts yaradıcılığının pərəstişkarları britaniyalı müğənni Adeli plagiatda ittiham edirlər. Onların fikrincə, Adel amerikalı bəstəkar və ifaçının hitlərindən birini təkrarlayıb.

"Report"un "Daily Mail" nəşrinə istinadən verdiyi xəbərə görə, melomanlar iddia edirlər ki, Adelin yeni "Hello" mahnısının ("Salam") mövzusu və sözləri Uaytsın 1973-cü ildə təqdim olunan "Martha" bəstəsini çox xatırladır.

Nəşr qeyd edir ki, sözlər mahnıda təkrarlanmasa da, ümumilikdə bənzərlik var. Müzakirələr sosial şəbəkələrə də keçib.

"Adelin yeni mahnısı Tom Uaytsın "Martha" bəstəsinin sadəcə eynisidir", - deyə müxtəlif istifadəçilər "Twitter"də yazırlar.

Nəşr, həmçinin yazır ki, yeni mahnı lentə alınan zaman Adelin əməkdaşlıq etdiyi prodüser Qreq Kerstin müğənninin Uaytsın işlərindən ilham aldığını etiraf edib.

"Hello" mahnısı müasir musiqi tarixində cəmi bir həftə ərzində milyon nüsxədən çox tirajla yayılan ilk mahnı olub.

Son xəbərlər

Orphus sistemi