“Böyük sədd” filminin mətbuat nümayəndələri üçün nümayiş olub

“Böyük sədd” filminin mətbuat nümayəndələri üçün nümayiş olub Ekran işi keçən ilin ən bahalı Çin filmi olub
Şou-biznes
26 Yanvar , 2017 12:50
“Böyük sədd” filminin mətbuat nümayəndələri üçün nümayiş olub

Bakı. 26 yanvar. REPORT.AZ/ "Park Cinema Flame Towers"da çinli rejissor Çjan İmounun “Böyük sədd” filminin mətbuat nümayəndələri üçün nümayişi olub. 

“Report”un məlumatına görə, filmdə hadisələr qara barıtın sirrini öyrənmək üçün Avropadan bir qrup ingilis muzdlu heyətin yollandığı Çində cərəyan edir. Çinə çatdıqda onlar imperiyaya sarsıdıcı zərbə vurmaq məqsədilə illərdir tədarük görən şər qüvvədən qorunmaq üçün nəhəng daş səddin tikinti işlərinin getdiyini görürlər. Filmin qəhrəmanları bütün insanlığı qorumaq üçün zalım nəhənglərlə mübarizəyə sinə gərməli olurlar.

Qeyd edək ki, baş rollarda Mett Deymon, Pedro Paskal, Uillem Defo, Szin Tyan, Endi Lau oynayıb. Ekran işi keçən ilin ən bahalı Çin filmi olub. Filmin böyük qismi Çində, bəzi səhnələri isə Yeni Zelandiyada çəkilib. 

Son xəbərlər

Orphus sistemi