Bollivudun məşhur aktyoru intihar edib

Bollivudun məşhur aktyoru intihar edib Bollivudun aktyoru Suşant Singh Radcput bazar günü Mumbaidəki evində ölü tapılıb.
Şou-biznes
14 İyun , 2020 14:37
Bollivudun məşhur aktyoru intihar edib

Bollivudun aktyoru Suşant Singh Radcput bazar günü Mumbaidəki evində ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb.

Qeyd olunub ki, 34 yaşlı aktyor intihar edib.

“Həyatımın üç səhvi” filmi ilə məşhurlaşan aktyor tanınmış rejissorların dəvəti əsasında bir çox filmlərdə çəkilib.

Bundan başqa Suşant Singh Radcput aktıv olaraq teleseriallarda da çəkilirdi.

Son xəbərlər

Orphus sistemi