Bill Geyts seriala çəkiləcək

Bill Geyts seriala çəkiləcək Bakı. 21 fevral. REPORT.AZ/ Milyarder, Microsoft şirkətinin yaradıcılarından biri olan Bill Geyts Böyük partlayış nəzəriyyəsi serialına çəkiləcək.
Şou-biznes
21 Fevral , 2018 13:29
Bill Geyts seriala çəkiləcək

Bakı. 21 fevral. REPORT.AZ/ Milyarder, "Microsoft" şirkətinin yaradıcılarından biri olan Bill Geyts "Böyük partlayış nəzəriyyəsi" serialına çəkiləcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, qonaq ulduz qismində çıxış edəcək.

Onun iştirakı ilə olan epizodun premyerası bu ilin martında keçiriləcək.

Ümumiyyətlə, "Böyük partlayış nəzəriyyəsi" serialında dəfələrlə elm və iş dünyasının ulduzları, o cümlədən alim Stiven Hokinq çəkilib.

Qeyd edək ki, bu, B.Geyts üçün ilk belə təcrübə deyil. O, 2001-ci ildə "Freyzer" sitkomunda özünü canlandırıb.

Son xəbərlər

Orphus sistemi