Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək Layihədə 10 rəssam iştirak edəcək
Şou-biznes
24 Avqust , 2017 10:02
Bakıda Küləyin rəqsi Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda ilk dəfə "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək.

Heydər Əliyev Mərkəzindən "Report"a verilən məlumata görə, layihədə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edəcək.

Fırça ustalarının müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “küləklər şəhəri” Bakının səmasını bəzəyəcək və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edəcək.

Saat 18.00-da başlayacaq festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçuracaqlar.

Əyləncə proqramları saat 17.00-da başlayacaq və Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunacaq.

"Sevimli Bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacaları şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar gözləyir. "The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulacaq. Burada uşaqlar, həmçinin, masaüstü oyunlarda iştirak edə biləcəklər. "Bolşoy Prazdnik" şirkətinin əyləncə zonasında balacalar sehrbazın fokus və illüziyalarını, müxtəlif şouları izləyəcəklər.

Uşaqlar mərkəzin parkında, həmçinin, müxtəlif nağıl personajları ilə şənlənə, üzlərini arzu etdikləri rəsmlərlə boyatdıra, eləcə də karikaturalarını çəkdirə biləcəklər.

Bu əyləncə növləri ilə yanaşı, saat 18.00-dan saat 20.00-dək “Azəri inciləri” qrupu və balaca ifaçı Nuray Rəhmanovanın konserti olacaq

Son xəbərlər

Orphus sistemi