Bakıda “Jara-2018” iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub

Bakıda “Jara-2018” iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub Bakı. 26 iyul. REPORT.AZ/ Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının Rusiya və digər xarici estrada ulduzlarından ibarət iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub.
Şou-biznes
26 İyul , 2018 20:45
Bakıda “Jara-2018” iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub

Bakı. 26 iyul. REPORT.AZ/ Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının Rusiya və digər xarici estrada ulduzlarından ibarət iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub.

"Report"un məlumatına görə, qırmızı xalıdan Anna Sedokova, Nikolay Baskov, Qlyuk’oza, Qriqori Leps, Ani Lorak, İnqrid, Stiven Siqal, Aysel, DoReDos, Yeqor Krid və başqaları keçirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasındadır. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.

Şou-biznes ulduzları festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan yaşadıqları məmnunluğu ifadə ediblər. 

Qeyd edək ki, festival iyulun 29-da başa çatacaq. Konsertlərə bütün biletlər artıq satılıb.

Son xəbərlər

Orphus sistemi