Bakı Olimpiya Stadionunda "ƏN Yeni il" konserti keçirilib - YENİLƏNİB - FOTOREPORTAJ

Bakı Olimpiya Stadionunda "ƏN Yeni il" konserti keçirilib - YENİLƏNİB - FOTOREPORTAJ Şou-proqram atəşfəşanlıq və diskoteka ilə davam edib
Şou-biznes
1 Yanvar , 2017 01:58
Bakı Olimpiya Stadionunda ƏN Yeni il konserti keçirilib - YENİLƏNİB - FOTOREPORTAJ

ilk xəbər saat 21:15-də yayımlanıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda (BOS) “ƏN Yeni il” adlı konsert proqramı keçirilib.

"Report"un məlumatına görə, konsert proqramında əvvəlcə Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Aleyna Tilki çıxıb.

Sonra səhnəyə Türkiyənin digər məşhur müğənniləri - Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış ediblər

Şou-proqram atəşfəşanlıq və diskoteka ilə davam edib.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi