Azərbaycanlı repçi Anar Nağılbaz dünyasını dəyişib

Azərbaycanlı repçi Anar Nağılbaz dünyasını dəyişib Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda hip-hop musiqi janrının rep növünün əsasını qoyan Anar Nağılbaz (Cəbiyev) vəfat edib.
Şou-biznes
230
4 Avqust , 2018 21:09
Azərbaycanlı repçi Anar Nağılbaz dünyasını dəyişib

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda hip-hop musiqi janrının rep növünün əsasını qoyan Anar Nağılbaz (Cəbiyev) vəfat edib.

Mərhumun yaxınlarının “Report”a verdiyi məlumata görə, o, "təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.

"Evdə qəfil halı pisləşdi, "təcili yardım" çağırdıq, lakin xəstəxanaya apararkən yolda keçindi", - deyə ailə üzvləri bildiriblər.

Anar Cəbiyev 28 mart 1974-cü il tarixində Füzuli şəhərinin Horadiz qəsəbəsində doğulub. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi