Azərbaycanlı rep qrupunun albomu Rusiyada platin statusu alıb

Azərbaycanlı rep qrupunun albomu Rusiyada platin statusu alıb Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanlı rep qrupu HammAli & Navainin albomu Rusiyada platin statusu alıb.
Şou-biznes
30 Avqust , 2018 10:17
Azərbaycanlı rep qrupunun albomu Rusiyada platin statusu alıb
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanlı rep qrupu HammAli & Navainin albomu Rusiyada platin statusu alıb.

"Report" xəbər verir ki, bunu ifaçı HammAli özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Qrup mükafata "Janavi" adı altında satışa çıxarılan albomunda olan "Məni rəqs meydanına buraxın" ("Пустите меня на танцпол") musiqisinə görə layiq görülüb. Musiqinin "YOUTUBE"-də dinlənmə sayı 61 milyona yaxındır. 

Qeyd edək ki, Rusiyada albomlara platin statusu 10 min satışdan sonra verilir. 

Son xəbərlər

Orphus sistemi