Azərbaycan “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil olunacaq

Azərbaycan “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil olunacaq Mamagama Azərbaycanı “Avroviziya 2025”-də “Run with U” Mahnısı ilə təmsil edəcək.
Şou-biznes
19 fevral 2025 12:53
Azərbaycan “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil olunacaq

Azərbaycan “Avroviziya 2025”-də “Run with U” mahnısı ilə təmsil olunacaq.

Bu barədə "Report"a İctimai Televiziyadan məlumat verilib.

Bildirilib ki, ölkəmizi təmsil edəcək "Mamagama" qrupunun ifa edəcəyi mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Futuristik üslubda çəkilmiş rəsmi klipdə Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alıb. Klipin rejissoru Elvin Əhmədoğludur.

Həmçinin builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi