Azərbaycanı "Eurovision-2016"da təmsil edən Səmra Rəhimli Maltada promo-tur keçirib

Azərbaycanı "Eurovision-2016"da təmsil edən Səmra Rəhimli Maltada promo-tur keçirib Azərbaycanlı müğənni Maltanın təmsilçisi ilə görüşüb
Şou-biznes
23 Aprel , 2016 10:03
Azərbaycanı Eurovision-2016da təmsil edən Səmra Rəhimli Maltada promo-tur keçirib

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanı Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək Səmra Rəhimli promo-tur çərçivəsində Maltaya səfər edib.

"Report"un məlumatına görə, səfər zamanı azərbaycanlı müğənni Maltanın görməli yerlərini gəzib, yerli sakinlərlə görüşərək Azərbaycan və müsabiqədə oxuyacağı "Miracle" adlı mahnı barədə məlumat verib.

Eyni zamanda, S.Rəhimli Malta televiziyalarından birinə müsahibə verib və bu ölkəni "Eurovision"da təmsil edəcək müğənni İra Losco ilə görüşüb.

Qeyd edək ki, S.Rəhimli mayın 10-da müsabiqənin birinci yarımfinalında 14 nömrə altında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi