Azərbaycanda ilk dəfə Tollivud filmi çəkiləcək

Azərbaycanda ilk dəfə Tollivud filmi çəkiləcək Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanda ilk dəfə Telugu (Tollivud) filmi çəkiləcək.
Şou-biznes
111
31 Avqust , 2018 10:22
Azərbaycanda ilk dəfə Tollivud filmi çəkiləcək
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanda ilk dəfə Telugu (Tollivud) filmi çəkiləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ekran əsəri Hindistanın Telugu kinematoqrafiyasının iki tanınmış siması - aktyor Ram Charan və rejissor Boyapati Srinunun ilk birgə işi olacaq.

Filmin çəkilişləri 30 gün müddətində Azərbaycanın turizm bölgələrində aparılacaq. Ekran əsəri Bollivudun aparıcı simalarından biri olan Kiara Advani və DVV Danayyanın maliyyə dəstəyi ilə ərsəyə gələcək. 

Qeyd edək ki, Hindistanın Heydərəbad bölgəsində çəkilən və Telegu dilində olan filmlər Telegu, digər adı ilə Tollivud olaraq tanınır.

Son xəbərlər

Orphus sistemi