Azərbaycan təmsilçisinin ​"Eurovision-2015"də yüksək yer tutacağı proqnozlaşdırılır

Azərbaycan təmsilçisinin ​"Eurovision-2015"də yüksək yer tutacağı proqnozlaşdırılır Elnur Hüseynov qələbəyə namizədlərin "ilk onluğu"na daxil edilib
Şou-biznes
193
11 May , 2015 10:25
Azərbaycan təmsilçisinin ​Eurovision-2015də yüksək yer tutacağı proqnozlaşdırılır

Bakı. 11 may. REPORT.AZ/ "William Hill" bukmeker kontoru "Eurovision-2015" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Elnur Hüseynovun yüksək yer tutacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bukmekerlər Azərbaycan təmsilçisini qələbəyə namizədlərin siyahısında 6-cı yerdə görürlər. E.Hüseynovun qələbəsinə üstünlük 20-nin 1-ə nisbətindədir.

Bukmekerlərin proqnozuna görə, İsveç təmsilçisi Mans Zalmerlov müsabiqədə qalib olmağa daha çox şanslıdır. Eyni zamanda, Avstraliya, İtaliya, Estoniya və Finlandiyanın da şanslarının yüksək olduğu ehtimal edilir. Ermənistan və Gürcüstan təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü onluğa daxil edilib.

"William Hill" bukmekerləri həmçinin hesab edir ki, E.Hüseynov çıxış edəcəyi ikinci yarımfinalda ikinci yer tuta bilər. Onun yarımfinalda qalib gəlmək şansı 7-nin 1-ə nisbətində qiymətləndirilir.

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsi bu il Vyana şəhərində keçiriləcək. Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi