Azərbaycan təmsilçisi "Eurovision-2016"nın finalına vəsiqə qazanıb - VİDEO

Azərbaycan təmsilçisi "Eurovision-2016"nın finalına vəsiqə qazanıb - VİDEO Səmra Rəhimli SMS-səsverməsi əsasında finala çıxan ilk iştirakçı olub
Şou-biznes
10 May , 2016 23:59
Azərbaycan təmsilçisi Eurovision-2016nın finalına vəsiqə qazanıb - VİDEO

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli finala vəsiqə qazanıb.

"Report" "AzərTac"a istinadən xəbər verir ki, Səmra Rəhimli SMS-səsverməsi əsasında yarımfinalçılar arasında tamaşaçıların rəğbətini qazanaraq finala çıxan ilk iştirakçı olub.

Azərbaycan təmsilçisi ilə yanaşı ilk yarımfinaldan finala Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Çexiya, Kipr və Malta da vəsiqə qazanıb.

Daha 10 finalçı mayın 12-də keçiriləcək ikinci yarımfinal günü müəyyənləşəcək. Final konserti şənbə günü, 14 may tarixində baş tutacaq.

İlk yarımfinalda "Miracle" (Möcüzə) mahnısını ifa edən Səmra Rəhimli səhnəyə 14-cü çıxıb. Səhnədə onunla yanaşı 4 rəqqas və bir bek-vokalçı olub. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunub.

Son xəbərlər

Orphus sistemi