Azərbaycan Moda Həftəsi "Forbes" jurnalında işıqlandırılıb

Azərbaycan Moda Həftəsi "Forbes" jurnalında işıqlandırılıb Jurnal Bakı haqqında məqalələr silsiləsindən ikinci materialı dərc edib
Şou-biznes
1 Avqust , 2017 10:35
Azərbaycan Moda Həftəsi Forbes jurnalında işıqlandırılıb
Forbes

Bakı. 1 avqust. REPORT.AZ/ "Forbes" jurnalı Bakı haqqında məqalələr silsiləsindən ikinci materialı dərc edib.

"Report" xəbər verir ki, bu dəfə müəllif Stefan Rabimov məqaləni memarlığa, Bakıda keçirilən idman tədbirlərinə həsr edib, eyni zamanda, Azərbaycan Moda Həftəsinə xüsusi diqqət yetirib.

Məqalədə qeyd olunur ki, bu dünyəvi müsəlman ölkəsi Sovet dövrünün avtoritar idarə üsulunun qalıqlarını ləğv edib. Ardından S.Rabimov yerli modelyerlərdən və onların işlərindən yazıb. O qeyd edib ki, əvvəlcə heç kim Azərbaycanda Moda Həftəsinin beşinci dəfə təşkil olunacağına inana bilməyib.

Sonda müəllif Azərbaycanın ən məşhur moda dizaynerləri və onların dünya bazarına çıxış üçün səylərini barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi