​Azərbaycan I Xəzər moda həftəsində iştirak edəcək

​Azərbaycan I Xəzər moda həftəsində iştirak edəcək Tədbir Həştərxanda təşkil olunacaq
Şou-biznes
135
16 Aprel , 2015 07:01
​Azərbaycan I Xəzər moda həftəsində iştirak edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ 20-27 aprel tarixlərində Həştərxanda I Xəzər moda həftəsi keçiriləcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Almaniya, Gürcüstan, Qazaxıstan və Türkmənistanla yanaşı Azərbaycandan olan dizaynerlər də iştirak edəcəklər.

Xəzər moda həftəsi yeni kolleksiyaların nümayişi ilə yanaşı, dizayner, istehsalçı və satıcı arasında işgüzar əlaqələrin qurulması üçün də meydançadır.

Xəzər moda həftəsi Həştərxan vilayət hökumətinin dəstəyi ilə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi