Azərbaycan "Eurovision-2017" mahnı müsabiqəsinin finalında 12 nömrə altında çıxış edəcək

Azərbaycan "Eurovision-2017" mahnı müsabiqəsinin finalında 12 nömrə altında çıxış edəcək Finalda çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib
Şou-biznes
123
12 May , 2017 09:44
Azərbaycan Eurovision-2017 mahnı müsabiqəsinin finalında 12 nömrə altında çıxış edəcək

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin finalında 12 nömrə altında çıxış edəcək.

"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib.

Mayın 13-də keçiriləcək finalda iştirakçılar bu ardıcıllıqla çıxış edəcək: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə Diana Hacıyeva (DiHaj) təmsil edir.

Son xəbərlər

Orphus sistemi