"Avroviziya-2016" mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək

"Avroviziya-2016" mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək Biletlər bu gündən etibarən satışa çıxarılacaq
Şou-biznes
26 Noyabr , 2015 14:32
Avroviziya-2016 mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda keçiriləcək "Avroviziya-2016" mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək.

"Report" müsabiqənin saytına istinadən xəbər verir ki, gələn il baş tutacaq yarışmada Portuqaliya, Çexiya, Türkiyə, Lüksemburq, Andorra, Monako iştirak etməyəcək. Əvəzində Ukrayna və Bosniya və Herseqovina müsabiqəyə geri dönəcək.

Müsabiqənin biletləri bu gündən etibarən satışa çıxarılacaq.

Xatırladaq ki, İsveç müsabiqəyə ev sahibliyi etmək hüququnu təmsilçisi Mons Selmerlövün "Heroes" (Qəhrəmanlar) mahnısını ifa edərək Vyanadakı yarışmasını qazanması ilə əldə edib.

Son xəbərlər

Orphus sistemi