Amsterdam "Eurovision"a ev sahibliyindən imtina edib

Amsterdam "Eurovision"a ev sahibliyindən imtina edib Niderlandın Amsterdam şəhəri Eurovision-2020 beynəlxalq mahnı müsabiqəsini keçirməkdən imtina edib.
Şou-biznes
106
5 İyul , 2019 17:42
Amsterdam Eurovisiona ev sahibliyindən imtina edib
secret-israel.com

Niderlandın Amsterdam şəhəri "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsini keçirməkdən imtina edib.

“Report” TASS-a istinadən xəbər verir ki, paytaxt meri Femke Halsema müsabiqənin keçirilməsi nəzərdə tutulan “Ziggo Dome” konsert salonunun, RAİ mərkəzinin, İohan Kruiff Arenasının həmin tarixlərdə bağlı olacağını, “AFAS Live”nin isə bu müsabiqənin keçirilməsi üçün kiçik olduğunu bldirib.

Haaqa və Breda şəhərləri də "Eurovision-2020"ni keçirməyə razı olmadıqlarını açıqlayıblar. Hazırda Rotterdam, Utrext, Den Boş, Arnhem, Maastrixt şəhərləri namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, Təl-Əvivdə keçirilmiş "Eurovision-2019"da Niderland təmsilçisi Dunkan Laurens “Arcade” mahnısı ilə qalib gəlib. Bu, son 44 ildə müsabiqədə Niderland təmsilçisinin ilk qələbəsidir. Qaydalara görə, növbəti müsabiqə qalibin vətənində keçirilir.

Son xəbərlər

Orphus sistemi