Amerikanın tanınmış rok ifaçısı xəstəxanaya yerləşdirilib

Amerikanın tanınmış rok ifaçısı xəstəxanaya yerləşdirilib Məşhur qrupun üzvü konsert zamanı huşunu itirib
Şou-biznes
11 İyul , 2016 10:25
Amerikanın tanınmış rok ifaçısı xəstəxanaya yerləşdirilib

Bakı. 11 iyul. REPORT.AZ/ Amerikanın tanınmış musiqiçisi, gitaraçı, "Aerosmith və Hollywood Vampires"  qrupunun üzvü Co Perri Nyu-Yorkda konsert zamanı səhnədə huşunu itirib.

"Report" xəbər verir ki, 65 yaşlı rok ifaçısı xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxın dostları bildirib ki, Co Perrinin vəziyyəti stabildir.

Qeyd edək ki, musiqiçinin üzvü olduğu "Aerosmith" Amerika hard-rok qrupu 1970-ci ildə yaradılıb. Qrup fəaliyyəti boyunca 15 albom buraxıb.

"Aerosmith" Amerika rok qrupları içərisində ilk dəfə dörd "Qremmi" mükafatına sahib olub.

2001-ci ildə qrup rok-n-rollun "Şöhrət zirvəsi"nə daxil edilib.

Son xəbərlər

Orphus sistemi