Amerikanın tanınmış aktyoru vəfat edib

Amerikanın tanınmış aktyoru vəfat edib Stiven Hill Rusiyadan ABŞ-a köçmüş emiqrant ailəsində dünyaya gəlib
Şou-biznes
24 Avqust , 2016 12:46
Amerikanın tanınmış aktyoru vəfat edib

Bakı. 24 avqust. REPORT.AZ/ Amerikanın tanınmış aktyoru Stiven Hill vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 94 yaşlı aktyor xəstəxanada dünyasını dəyişib.

Aktyor son illər bir neçə xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1922-ci ildə Vaşinqtonda anadan olan Stiven Hillin əsl adı Solomon Krakovskidir.

Aktyorun ailəsi Rusiyadan ABŞ-a köçüb. Tanınmış aktyor çəkildiyi "Qanun və qayda" serialında oynadığı obrazla məşhur olub.

Onun ən məşhur filmləri arasında "Müəllim", "Brayton Biç haqqında xatirələr" ekran əsərləri var.

Son xəbərlər

Orphus sistemi