Amerikanın məşhur müğənnisi vəfat edib

Amerikanın məşhur müğənnisi vəfat edib "Qremmi" mükafatının laureatı xərçəng xəstəliyindən dünyasını dəyişib
Şou-biznes
25 Aprel , 2016 15:47
Amerikanın məşhur müğənnisi vəfat edib

Bakı. 25 aprel. REPORT.AZ/ Amerikanın tanınmış müğənnisi, "Qremmi" mükafatı laureatı Billi Pol 81 yaşında vəfat edib.

"Report" xəbər verir ki, müğənni xərçəng xəstəliyindən dünyasını dəyişib.

B.Pol musiqi karyerasına 11 yaşında başlayıb. 1972-ci ildə müğənniyə məşhurluq gətirən "Me and Mrs. Jones" mahnısı albom şəklində buraxılıb. Bu mahnıya görə B.Pol "Qremmi" mükafatına layiq görülüb.

O, 1968-1988-ci illərdə 15 albom buraxıb.

B.Pol yaradıcılığı boyunca vətəndaş hüquqlarının qorunması uğrunda mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi