Bakı. 16 noyabr. REPORT.AZ/ Əfsanəvi 74 yaşlı italiyalı müğənni, ölməz "Felicita" mahnısının müəllifi və ifaçısı Al Bano 31 dekabr 2018-ci il tarixində səhnədən gedəcəyini bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, müğənni səhnədən möhtəşəm konsertlə getmək niyyətində olduğunu deyib.
O əlavə edib ki, səhnəni tərk etdikdən sonra üzümçülüklə məşğul olacaq.