Aktyor Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb

Aktyor Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb Hyu Cekman: "Tez-tez edilən müayinələr və möhtəşəm həkimlərin sayəsində hər şey yaxşıdır"
Şou-biznes
1869
14 Fevral , 2017 13:48
Aktyor Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb

Bakı. 14 fevral. REPORT.AZ/ Avstraliya aktyor Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb.

"Report" xəbər verir ki, bu barədə aktyorun özü "Instagram" səhifəsində məlumat verib.

O, növbəti dəfə bazal hüceyrəli karsinomadan müalicə aldığını qeyd edib.

Aktyor tez-tez edilən müayinələr və möhtəşəm həkimlərin sayəsində hər şeyin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, H.Cekman ilk dəfə dəri xərçəngi xəstəliyindən 2013-cü ilin noyabr ayında müalicə alıb.

Son xəbərlər

Orphus sistemi