ABŞ-da repçi güllələnərək qətlə yetirilib

ABŞ-da repçi güllələnərək qətlə yetirilib Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ-ın Yeni Orlean ştatında daha çox Young Greatness ləqəbi ilə məşhur olan 34 yaşlı repçi Teodor Cons güllələnib.
Şou-biznes
100
30 Oktyabr , 2018 02:48
ABŞ-da repçi güllələnərək qətlə yetirilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ-ın Yeni Orlean ştatında daha çox "Young Greatness" ləqəbi ilə məşhur olan 34 yaşlı repçi Teodor Cons güllələnib.

"Report" "Billboard" nəşrinə istinadən xəbər verir ki, rep ifaçısı yerli restoranlardan birinin qarşısında qətlə yetirilib.

Eyni zamanda hadisə yerindən onun avtomobili də oğurlanıb. Lakin sonradan maşın polis tərəfindən tapılıb.

Hazırda cinayətkarlar tutulmayıblar. Qətlin motivləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi