ABŞ-da ilin ən yaxşı filminin adı açıqlanıb

ABŞ-da ilin ən yaxşı filminin adı açıqlanıb
Şou-biznes
63
28 Noyabr , 2018 10:34
ABŞ-da ilin ən yaxşı filminin adı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ-da kino tənqidçiləri 2018-ci ilin ən yaxşı filmini seçiblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Film Tənqidçilərinin Milli Komitəsi rejissoru Peter Farrell olan "Yaşıl kitab" adlı ekran əsərini ilin ən yaxşı filmi elan edib.

Ekran əsərində baş rolları Viggo Mortensen, Mahershala Ali, Linda Cardellini ifa ediblər.

Tənqidçilər filmdə rol alan V.Mortenseni ən yaxşı aktyor nominasiyasının qalibi adına layiq görüblər. 

Mükafatlandırma mərasimi 2019-cu ilin yanvarın 8-də NBR Mükafatlarının konserti zamanı olacaq. 

Qeyd edək ki, filmin müzakirəsi zamanı irqçi çıxışlar edən V.Mortensen səsləndirdiyi fikirlərə görə üzr istəyib.

İngilis versiyası US names year's best film