2021-ci ilin ən yüksək qonorar alan Hollivud aktyorunun adı açıqlanıb

2021-ci ilin ən yüksək qonorar alan Hollivud aktyorunun adı açıqlanıb Deniel Kreyq “Bıçaqları çıxarmaq” filminin davamı olan iki ekran əsəri üçün 100 milyon ABŞ dollarından çox qazanıb
Şou-biznes
206
19 Avqust , 2021 21:46
2021-ci ilin ən yüksək qonorar alan Hollivud aktyorunun adı açıqlanıb
Deniel Kreyq

Deniel Kreyq bu il Hollivudda ən yüksək qonorar əldə edən aktyor olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Variety” jurnalının dərc etdiyi məlumatlar göstərir.

Nəşrin məlumatına görə, Kreyq “Bıçaqları çıxarmaq” (Knives Out, 2019) filminin davamı olan iki ekran əsəri üçün 100 milyon ABŞ dollarından çox qazanıb.

Ən yüksəködənişli Hollivud aktyorları siyahısında ikinci yerdə “Amazon Studios” üçün “Qırmızı” (Red One) adlı Milad komediyasındakı roluna görə 50 milyon ABŞ dolları qazana biləcək Dueyn Conson qərarlaşıb. 40 milyon dollarlıq qazanc ilə Uill Smit və Denzel Vaşinqton 3-4-cü yerləri bölüşdürüb. Birinci tennisçi bacılar Vinus və Serena Uilyamsların atasını canlandırdığı “Kral Riçard” (King Richard, 2021) filminə, ikinci isə “Detalları ilə şeytan” (The Little Things, 2021) trillerindəki roluna görə yüksək ödəniş əldə ediblər.

Leonardo DiKaprio “Yuxarı baxma” (Don`t Look Up, 2021) komediyasındakı roluna görə 30 milyon ABŞ dolları qazanıb. Elə Mark Uolberqin “Spenserin məxfi işi” (Spenser Confidential, 2020) komediyalı döyüş filmi üçün qazancı da eyni həcmdədir.

Aktrisalar Cennifer Lourens və Culiya Roberts “Yuxarı baxma” və “Dünyanı geridə qoy” filmlərində çəkildiklərinə görə 25 milyon ABŞ dolları qonorar alıblar. Sandra Bullok “İtirilmiş şəhər D” (The Lost City D), Rayan Qoslinq “Boz insan” (The Grey Man), Kris Hemsvort “Tor: Sevgi və şimşək” (Thor: Love and Thunder), Bred Pitt isə “Sürətli Qatar” (High Speed ​​Train) filmindəki rollarına görə 20 milyon ABŞ dollar əldə edib.

Son xəbərlər

Orphus sistemi