2015-ci ilin ən uğurlu ifaçısının adı açıqlanıb

2015-ci ilin ən uğurlu ifaçısının adı açıqlanıb "25" valı və "Hello" sinqlı digər musiqiçilərin işlərindən daha yaxşı satılıb və bir neçə dünya rekordu qırıb
Şou-biznes
8 Fevral , 2016 13:11
2015-ci ilin ən uğurlu ifaçısının adı açıqlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Britaniyalı müğənni Adel 2015-ci ilin ən uğurlu ifaçısı seçilib. "Report" "The Guardian"a istinadən xəbər verir ki, Beynəlxalq Fonoqrafiya Sənayesi Federasiyasının (IFPI) araşdırması belə qənaətə gəlməyə əsas verir.

IFPI-nin məlumatına görə, "25" valı və ötən ilin noyabrında işıq üzü görən "Hello" sinqlı digər musiqiçilərin işlərindən daha yaxşı satılıb və bir neçə dünya rekordu qırıb.

İkinci yerdə Adelin həmyerlisi, müəllif-ifaçı Ed Şiran qərarlaşıb. Üçüncü pilləni isə ötən il IFPI reytinqinə başçılıq etmiş amerikalı xanım müğənni Teylor Svift tutub.

Xatırladaq ki, yanvarda Adelin "Hello" mahnısı 88 gün milyard izlənmə ilə rekord qırmışdı.

Son xəbərlər

Orphus sistemi