18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub

18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub İbrahim Nəsrullayev uduş məbləğinin bir hissəsini İsveç dilini öyrəndiyi məktəbə bağışlayacaq
Şou-biznes
20 May , 2017 09:40
18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub
aftonbladet.se

Bakı. 20 may. REPORT.AZ/ 18 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev İsveçin "TV4" telekanalının təşkil etdiyi istedadlar yarışması "Talent 2017"nin qalibi olub.

"Report" İsveç KİV-inə istinadən xəbər verir ki, finalda o, İsveç dilində "Hold My Heart" mahnısını ifa edib.

Qeyd edək ki, İ.Nəsrullayev bir il əvvəl ailəsi ilə birgə miqrant kimi İsveçə gedib. Cəmi bir il ərzində gənc oğlan İsveç dilini öyrənib və indi bu dildə sərbəst danışır.

Qalib gəldikdən sonra İ.Nəsrullayev uduş məbləğinin bir hissəsini İsveç dilini öyrəndiyi məktəbə bağışlayacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi